Bakı. Trend:
İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
Qeyd edək ki, bundan əvvəl XİN Livan və Fələstinə getməməklə bağlı xəbərdarlıq edib.