...

Məzahir Pənahov namizədliyin geri götürülməsi müddəti ilə bağlı qanunvericiliyə dəyişikliyi zəruri sayıb

Siyasət Materials 10 Avqust 2024 18:05 (UTC +04:00)
Məzahir Pənahov namizədliyin geri götürülməsi müddəti ilə bağlı qanunvericiliyə dəyişikliyi zəruri sayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz seçki bülletenlərinin çapına başlamalıyıq.

Trend-in xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Dairə seçki komissiyaları namizədliyini geri götürənlərlə bağlı məlumatları bizə versinlər, biz DSK-lara müraciət etməliyik. Namizədlərlə bağlı şəxsiyyət vəsiqəsində olan məlumatlar bizə verilməlidir. Təcili bunlar edilməlidir. 10 gün qalmışa qədər bülletenlər hazır olmalıdır. Ən pis tərəf odur ki, 10 gün qalmışa qədər şəxs namizədliyini geri götürə bilər. Bununla bağlı gələcəkdə Seçki Məcəlləsinə dəyişiklik etməliyik”, - deyə MSK sədri vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti