Bakı. Trend:
Ölkə üzrə müşahidəçilərinin göndərdiyi üçün ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) təşəkkürümü bildirirəm.
Trend-in xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlar Qarabağa da getmək arzularını bildiriblər: “Bizim əsas məqsədimiz seçicinin səsvermə günü rahat səs verməsidir. Hər şey Seçki Məcəlləsinin tələbinə uyğun olmalıdır. İndiyə qədər hər şey normal gedib. 25 siyasi partiyanın namizədləri var”.
Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.