...

MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayını AÇIQLADI

Siyasət Materials 12 Avqust 2024 18:07 (UTC +04:00)
MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayını AÇIQLADI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT DTİHB müşahidəçilərinə müraciət edib.

Trend xəbər verir ki, müraciət qurumun avqustun 12-də keçirilən iclasında səsləndirilib.

MSK sədri deyib ki, əgər çatışmazlıqlar haqqında məlumat verilməsə, çatışmazlıq olmayıb kimi qəbul ediləcək.

Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib. M.Pənahov vurğulayıb ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.

M.Pənahov bildirib ki, həmin müşahidəçilərin 5 min 831 nəfəri MSK-da, 44 min 868 nəfəri DSK-larda qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 267 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Beynəlxalq müşahidəçilər 29 qurum və 47 ölkəni təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti