...

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub - Musin Sos (FOTO)

Siyasət Materials 2 Sentyabr 2024 16:20 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub - Musin Sos (FOTO)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının nümayəndəsi Musin Sos mətbuat konfransında deyib.

"Azərbaycan Parlamentinin dəvəti ilə nümayəndə heyətimiz ölkəyə səfər edib. Bakıdakı seçki məntəqələrinə səfər zamanı nümayəndə heyəti seçkilərin yaxşı təşkilinin şahidi olub", - o bildirib.

Musin Sos qeyd edib ki, nümayəndə heyəti bütün partiyaların nümayəndələri ilə tanış ola bilib. O əlavə edib ki, seçki məntəqələrində səsvermə üçün hər cür şərait yaradılıb.

"Biz Azərbaycanda MSK-nın parlament seçkilərinin təşkili ilə bağlı səylərini yüksək qiymətləndiririk. Seçkilər şəffaf keçdi və bütün müşahidəçilər səsvermə prosesi ilə ətraflı tanış ola bildilər" - o əlavə edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti