...

Antiterror tədbirləri dünya hərb tarixində örnək alınası bir əməliyyat idi - ŞƏRH

Siyasət Materials 16 Sentyabr 2024 16:53 (UTC +04:00)
Antiterror tədbirləri dünya hərb tarixində örnək alınası bir əməliyyat idi - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatları zamanı illərdir davam edən erməni separataizminə son qoydu.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, ermənilər neçə il idi ki, Xankəndi şəhərini separatçılığın mərkəzi edərək "rejim" qurmuşdular.

"Bu rejim ölkəmizə qarşı terror əməliyyatları həyata keçirirdi. Bütün bunlar ordumuzu əməliyyat keçirməyə məcbur etdi. Azərbaycan Ordusu 24 saatdan da az bir müddətdə ərzində separatçıların yuvasını darmadağın etdi, qanunsuz erməni silahlı dəstələri tərksilah olundu. Antiterror tədbirləri ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu bütün dünyaya öz gücünü və yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində örnək alınası bir əməliyyat idi", - o əlavə edib.

Hərbi ekspert Bahadur Kamil bildirib ki, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri boşa çıxardı.

"Azərbaycan tərəfinin sülh çağırışlarını cavabsız qoyurdu və gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümid edirdi. Lakin bölgədə sülhə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Ötən ilin sentyabrın 19-da ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımız şəhid oldu. Bu hadisə ölkəmizin səbr kasasını daşırdı.

Sentyabrın 20-də 24 saatdan da az müddətdə lokal antiterror tədbirləri həyata keçirildi. Qəhrəman ordumuz düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri təslim oldular. Azərbaycan qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti