...

Zakir Həsənov “ADEX-2024” sərgisində müxtəlif ölkələrin məhsulları ilə tanış olub (FOTO)

Siyasət Materials 25 Sentyabr 2024 12:11 (UTC +04:00)
Zakir Həsənov “ADEX-2024” sərgisində müxtəlif ölkələrin məhsulları ilə tanış olub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın müdafiə naziri Zakir Həsənov “ADEX-2024” sərgisində təmsil olunan xarici ölkələrin məhsulları ilə tanış olub.

Trend xəbər verir ki, nazir sərgidə təmsil olunan xarici ölkələrin şirkətlərinin stendlərinə baxıb.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Xəbər lenti

Xəbər lenti