...

Azərbaycan və Bosniya və Herseqovina arasında tərəfdaşlıq münasibətlərinin inkişafı müzakirə edilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 28 Sentyabr 2024 08:05 (UTC +04:00)
Azərbaycan və Bosniya və Herseqovina arasında tərəfdaşlıq münasibətlərinin inkişafı müzakirə edilib (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildiriblər ki, görüş zamanı, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli, habelə çoxtərəfli strateji tərəfdaşlıqdan, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

İki ölkə arasında mövcud tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində siyasi, iqtisadi, enerji, alternativ enerji, elm, təhsil, mədəniyyət, gənclər, idman və s. aspektlər üzrə geniş əməkdaşlıq potensialının mövcud olduğu vurğulanıb.

Bununla yanaşı, turizm, kənd təsərrüfatı, sənaye, yüksək texnologiyalar, qarşılıqlı sərmayə qoyuluşları, nəqliyyat sahələrində mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyi qeyd olunub.

Nazir bu il ölkəmizin ev sahibliyi etdiyi COP29-un yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Bosniya və Herseqovina ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb.

Eyni zamanda, görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

xxx

22:57

Xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşərək, iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib və qısamüddətli perspektivdə nəzərəçarpacaq nəticələrin əldə oluna biləcəyi prioritet sahələrə xüsusi diqqət yetirilib.

Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.

Münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri də müzakirə edilib.

Xəbər yenilənir

Xəbər lenti

Xəbər lenti