...

Prezident İlham Əliyev Tofiq Həsənovu general-mayor rütbəsindən məhrum etdi - SƏRƏNCAM

Siyasət Materials 2 Oktyabr 2024 16:26 (UTC +04:00)
Prezident İlham Əliyev Tofiq Həsənovu general-mayor rütbəsindən məhrum etdi - SƏRƏNCAM

Bakı. Trend:

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək imzalanıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Həsənov mənimsəmədə ittiham edildiyi işə ziyanı ödədiyinə görə xitam verilib. Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Xəbər lenti

Xəbər lenti