Bakı. Trend:
Azərbaycanda ekosidə görə cinayət məsuliyyəti təklif edilir.
Trend xəbər verir ki, bu barədə məsələ oktyabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclası müzakirə edilib.
İclasda komitə üzvü Nizami Səfərov - “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.
Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.