Bakı. Trend:
Prezidentimizin, ordumuzun sayəsində bu gün doğma yurdumuz Şuşaya qayıtdığım üçün sevinirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Dilbər Mahmudova deyib.
Onun sözlərinə görə, artıq uzun illərin həsrətinə son qoyulub.
"Mənim üçün Şuşanın hər bir yeri, hər bir qarış torpağı əzizdir. Qəbristanlığımızı ziyarət etmək istəyirəm. Övladlarım indiyə qədər Şuşanı görməyiblər. Amma Şuşa xatirələrimdən o qədər danışmışam ki, onlar sanki Şuşanın hər yerini gəziblər.
Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.