...

Milli Məclis Azərbaycanla Belarus arasında sazişləri təsdiq etdi

Siyasət Materials 8 Oktyabr 2024 12:31 (UTC +04:00)
Milli Məclis Azərbaycanla Belarus arasında sazişləri təsdiq etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə Belarus arasında yeni sənədlərin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti