Bakı. Trend:
ABŞ konqresmenlərinin Azərbaycana qarşı qərəzli münasibəti riyakarlıqdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu ün keçirilən iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, ABŞ konqresmenlərinin Azərbaycana qarşı şər-böhtan xarakterli çıxışları qəbuledilməzdir.
“Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəlib. Azərbaycan öz gücü ilə, qəhrəman əsgər və zabitlərin gücü ilə torpaqların azad edərək separatizmin kökünü kəsdi, bölgədə sülhü təmin etdi.
Müstəqil, suveren Azərbaycan dövləti özü ədaləti bərpa etdi. Ona görə də Azərbaycan xalqı bu siyasəti dəstəkləyir və dəstəkləyəcək. Heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir edə bilməz”, - deyə deputat qeyd edib.