...

Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti ilə dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib (FOTO)

Siyasət Materials 10 Oktyabr 2024 12:17 (UTC +04:00)
Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti ilə dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

9 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə şirkətlər arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti