...

Prezident İlham Əliyev elektromobillərin enerji doldurucularının idxalı və satışını ƏDV-dən daha iki il azad edilməsini təsdiqləyib

Siyasət Materials 15 Oktyabr 2024 15:59 (UTC +04:00)
Prezident İlham Əliyev elektromobillərin enerji doldurucularının idxalı və satışını ƏDV-dən daha iki il azad edilməsini təsdiqləyib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

Trend xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb.

Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti