...

İstanbulun məşhur Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Siyasət Materials 8 Noyabr 2024 23:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun məşhur tarixi abidəsi olan Qalata qülləsi 8 noyabr - Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Trend xəbər verir ki, bu möhtəşəm işıqlandırma şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Qüllənin üzərində Azərbaycanın simvolu olan Xarıbülbül çiçəyinin təsviri ilə animasiya da nümayiş etdirilib.

Bu xüsusi işıqlandırma Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını bir daha vurğulamaq məqsədi daşıyır və Zəfər Gününün önəmini simvolizə edir.

Xəbər lenti

Xəbər lenti