...

Azərbaycanla Qvineya-Bisau arasında anlaşma memorandumu imzalanıb - Ceyhun Bayramov

Siyasət Materials 2 Dekabr 2024 13:07 (UTC +04:00)
Azərbaycanla Qvineya-Bisau arasında anlaşma memorandumu imzalanıb - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Qvineya-Bisau arasında siyasi məsələhətləşmələr aparılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike De Xesus Pinto Pereira ilə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Afrika, xüsusilə Qərbi Afrika bölgəsi ilə bağlı məlumatların bölüşülməsi Azərbaycan üçün önəmlidir.

“Cənubi Qafqaz bölgəsində gedən proseslər də onlar üçün əhəmiyyət kəsb edir. Həmçinin ölkəmiz tərəfindən ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra gedən proseslərlə bağlı qarşı tərəfi məlumatlandırdım”, – C.Bayramov əlavə edib.

Xəbər lenti

Xəbər lenti