Bakı. Trend:
Çox şadam ki, dost, qonşu, qardaş, ölkə olan Azərbaycan parlamenti ən güzəl ənənələrini özündə toplayır.
Trend xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində Gürcüstan Parlamentinin üzvü Zaur Darğalı jurnalistlərə açıqlamasında deyib
O qeyd edib ki, müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında hər zaman Milli Məclisin, parlamentin çox önəmli rolu olub.
“Hər zaman ölkədə insan haqlarına önəm verən, dövlət quruculuğunda rolu olan parlament bu gün də dövlətçiliyinin inkişafında mühüm rol oynayır. Biz də Gürcüstan heyəti olaraq başqa ölkələrlə birlikdə bu konfransda iştirak edirik. Azərbaycan Milli Məclisi ölkədə müxtəlif konfranslar keçirərək ölkənin güclənməsində mühüm rolunu davam etdirir”, - deyə o vurğulayıb.