Bakı. Trend:
Rusiya və Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə hazırlanmış birgə proqramı 2025-ci ilin birinci rübündə təsdiq etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov Bakıda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə məlumat verib.
Nazir bildirib ki, Xəzər dənizinin səviyyəsinə əsasən iqlim
dəyişiklikləri təsir edir. O, dəniz səviyyəsinə çayların axınındakı
təbii dalğalanmalar və buxarlanmanın intensivliyinin də təsir
göstərdiyini vurğulayıb:
"Səviyyəni tam dayandırmaq mümkün deyil. Ancaq davam edən
dəyişikliklərə uyğunlaşmaq mümkündür. Biz də bu uyğunlaşma
tədbirlərini Rusiya-Azərbaycan proqramımıza daxil edəcəyik."
Görüşdə tərəflər, həmçinin, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi müzakirə ediblər.
Saziş çərçivəsində Xəzər dənizi ilə bağlı məsələlərlə yanaşı, bioloji müxtəlifliyin qorunması, qorunan ərazilərin inkişafı və bərk məişət tullantılarının idarə edilməsi kimi sahələrdə də əməkdaşlıq nəzərdə tutulur.