...

Azərbaycan müasir tarixdə işğaldakı bütün ərazilərini azad edən yeganə ölkədir — Nadejda İsmayılova “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)

Siyasət Materials 10 Dekabr 2024 09:43 (UTC +04:00)
Azərbaycan müasir tarixdə işğaldakı bütün ərazilərini azad edən yeganə ölkədir — Nadejda İsmayılova “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişin qonağı Əməkdar jurnalist, publisist və ssenarist Nadejda İsmayılova olub.

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesindən danışan N.İsmayılova vurğulayıb ki, Azərbaycan müasir tarixdə işğal altında olan bütün ərazilərini azad edən yeganə ölkədir.

“Bu, Prezident İlham Əliyevin görkəmli sərkərdəlik qabiliyyəti sayəsində mümkün olub. Biz qələbə qazandıq və bununla fəxr edirik. İndi isə müharibəni diplomatik müstəvidə sona çatdırmaq lazımdır”, - N.İsmayılova deyib.

N.İsmayılovanın sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalanması üçün aparılan danışıqlar prosesini imitasiya edir.

“Onlar anlayırlar ki, Azərbaycan heç vaxt Ermənistan konstitusiyasında bizim ərazi bütövlüyümüzə iddiaların qalmasına razılıq verməyəcək”, - deyə o bildirib.

Verilişin tam buraxılışını aşağıda izləyə bilərsiniz:

Xəbər lenti

Xəbər lenti