...

Ötən ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə evlərlə təmin edilmiş ailələrin sayı açıqlanıb

Siyasət Materials 14 Mart 2025 11:36 (UTC +04:00)
Ötən ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə evlərlə təmin edilmiş ailələrin sayı açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilinin (2024-cü il) sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmiş və orada yaşayırlar.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar.

“Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib. 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə Ə.Əsədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti