...

Fransa müstəmləkəçilikdən milli və dini kimliyi məhv etmək üçün bir vasitə kimi istifadə edir - Fransua Benedetti

Siyasət Materials 28 Mart 2025 15:55 (UTC +04:00)
Fransa müstəmləkəçilikdən milli və dini kimliyi məhv etmək üçün bir vasitə kimi istifadə edir - Fransua Benedetti
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Fransa müstəmləkəçilikdən xalqların milli və dini kimliyini məhv etmək, onun mədəniyyətini tətbiq etmək və müstəqil hərəkatları sıxışdırmaq üçün alət kimi istifadə edir.

Trend xəbər verir ki, bunu bunu “Kolonializm: Milli-dini kimliyin silinməsi” mövzusunda keçirilən beynəlxalq konfransa həsr olunmuş mətbuat konfransında Naziona (Korsika) müstəqillik hərəkatının üzvü Fransua Benedetti deyib.

Onun sözlərinə görə, Fransa tarixən öz hökmranlığını qurmaq və ələ keçirdiyi ərazilərin təbii və mədəni sərvətlərini istismar etmək üçün hərbi gücdən istifadə edib.

“Kolonializm - insanlığa qarşı cinayətdir. Müstəmləkəçiliyin məqsədi təkcə iqtisadi istismar deyil, həm də xalqların kimliyini məhv etməkdir”, - F. Benedetti vurğulayıb.

O həmçinin qeyd edib ki, Fransanın müstəmləkə ərazilərində təhlükəsizlik bəhanəsi ilə inşa etdiyi hərbi obyektlər əslində onun nəzarətini gücləndirməyə xidmət edir.

“Bu gün, məsələn, Fransa üçün Mayotda prioritet yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılması deyil, hərbi bazanın və yeni jandarmeriyanın tikintisidir. Bu, bəhanə kimi işlədilir, amma əslində bu, basqı siyasətinin davam etdirilməsindən gedir”, - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti