...

Fransanın müstəmləkəçilik siyasəti Fransız Polineziyası xalqlarının kimliyini və mədəniyyətini məhv edib - Viktor Maamaatuaiahutapu

Siyasət Materials 29 Mart 2025 11:01 (UTC +04:00)
Fransanın müstəmləkəçilik siyasəti Fransız Polineziyası xalqlarının kimliyini və mədəniyyətini məhv edib - Viktor Maamaatuaiahutapu
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın müstəmləkəçilik siyasəti Fransız Polineziyası xalqlarının kimliyini və mədəniyyətini məhv edib.

Trend xəbər verir ki, bunu bu gün “Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

Viktor Maamaatuaiahutapu vurğulayıb ki, Fransa keçmiş müstəmləkəçi dövlət kimi əsrlər boyu Fransız Polineziyası xalqına yad dəyərlər tətbiq edib, onların unikal mədəniyyətini və dini kimliyini silməyə çalışıb.

"Biz polineziyalılar elə şəraitdə yaşayırıq ki, mədəniyyətimiz və adət-ənənələrimiz arxa plana keçir. Adət və inanclarımıza məhəl qoymayaraq bizə Avropa standartları tətbiq edildi, bu da mədəni yoxsullaşmaya və şəxsiyyətimizin itirilməsinə səbəb olub", – o deyib.

Baş katib qeyd edib ki, bu vəziyyət xalqın ləyaqəti və müstəqillik uğrunda mübarizəsi üçün uzunmüddətli nəticələr verib. O, mədəni identikliyin və ənənələrə hörmətin bərpasının tam azadlıq və suverenliyə nail olmaq səylərinin mühüm hissəsi olduğunu bildirib.

"Bizim müstəqillik uğrunda mübarizəmiz - təkcə siyasi mübarizə deyil, həm də mədəni kimliyimizi bərpa etmək istəyidir. Biz müstəqillik hüququmuzun tanınmasını və varlığımızın əsasını təşkil edən adət-ənənələrimizə hörmət edilməsini tələb edirik", – o əlavə edib.

Xəbər lenti

Xəbər lenti