...

Fransa Korsikaya qarşı müstəmləkə cinayətlərini etiraf etməlidir - Fransua Benedetti

Siyasət Materials 29 Mart 2025 11:39 (UTC +04:00)
Fransa Korsikaya qarşı müstəmləkə cinayətlərini etiraf etməlidir - Fransua Benedetti
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Fransa xüsusilə Korsika ilə bağlı müstəmləkə cinayətlərini etiraf etməli və tarixi ədalətsizlikləri düzəltməlidir.

Trend xəbər verir ki, bunu bu gün "Nazione" (Korsika) müstəqillik hərəkatının üzvü Fransua Benedetti Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

"Qarşılaşdığımız problemlər haqqında danışmaq üçün buradayıq. Ancaq hər şeydən əvvəl mən burada mübarizədəki bütün qardaşlarımla - Karib hövzəsi, Qviana, Cənubi Sakit okean hövzəsi və fransız, holland və digər müstəmləkəçilik növlərindən əziyyət çəkən digər ölkələrlə həmrəyliyimi ifadə etmək üçün buradayam", - Fransua Benedetti əlavə edib.

O, Korsikanın Fransanın bir hissəsi olsa da, hələ də tabeçiliyində olduğunu vurğulayıb.

"Fransa bizim tariximizi əlimizdən alıb gizlədib. Biz razılaşmırıq ki, bizim əcdadlarımız Qaullardır. Qallar heç vaxt Korsikaya ayaq basmayıb. Biz bunun yalan olduğunu görürük və tarixi kimliyimizi bərpa etmək üçün mübarizə aparırıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti