Bakı. Trend:
Fransa məcburi assimilyasiya yolu ilə yerli mədəniyyətləri məhv etməyə davam edir.
Trend xəbər verir ki, bunu bu gün Reyunyon nümayəndəsi Sedrik Famibelle-Pronzola Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
Sedrik Famibelle-Pronzola qeyd edib ki, yerli mədəniyyət bir xalqın davranışını, inanclarını, adət və ənənələrini ehtiva edir, assimilyasiya isə fərdlərin cəmiyyətin dominant mədəniyyətinə hopması prosesidir.
“Təsadüfi deyil ki, Fransada assimilyasiya prosesi məhz müstəmləkələrdə başlayır, burada bizə fransız tarixi, coğrafiyası və dili öyrədilirdi, lakin mədəniyyətimiz və dilimiz haqqında heç nə yoxdur”, - o deyib.