Bakı. Trend:
Fransanın müstəmləkəçilik siyasəti xalqların dini və milli kimliyinin məhvinə gətirib çıxardı, onları təkcə azadlıqdan deyil, həm də mahiyyətindən məhrum edib.
Trend xəbər verir ki, bunu bu gün Dekolonizasiya və Sosial Azadlıq Hərəkatının üzvü (Fransız Qvianası) Dominik Monte Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
"Müstəmləkəçilik sistemi xalqların sərvətlərini oğurlamaqla yanaşı, onları mədəniyyətdən, adət-ənənələrdən, dillərdən məhrum etdi. Biz təkcə azadlığımızı yox, kimliyimizi də itirdik. Bizə nə ad, nə mədəniyyət, nə adət-ənənə qoyub getdilər. Bizə yad dəyərlər təlqin edildi və biz öz tarixini və mədəniyyətini bizə həvalə edən cəmiyyətin bir hissəsi olduq ", - o deyib.
Dominik Monte vurğulayıb ki, 1946-cı ildə departamentləşmədən sonra Qərb həyat tərzi tətbiq olundu və fransızlar yerli xalqlara yad olan həyat modelini təbliğ etməyə başladılar. Məktəblərdə Fransanın tarixi və mədəniyyəti tədris olunmağa başladı ki, bu da tam assimilyasiya prosesinə gətirib çıxardı.
"Lakin, Fransız Qvianasının bir çox sakinləri indi öz afrikalı kimliklərini axtarır, öz köklərinə qayıdırlar. İnanca, əcdadların tarixinə, adət-ənənələrinə həsr olunmuş daha çox konfranslarımız var. Çoxları özlərini afro-diasporik adlandırırlar və bu, öz şəxsiyyətlərini bərpa etmək yolunda mühüm addımdır", - o əlavə edib.