Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu və "Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı" Partiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, sənəd bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və "Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı"nın baş katibi Jan Yakob Bicepe imzalayıblar.