...

Fransa xalqların istismarı siyasətini davam etdirir - Jaklin Defonten

Siyasət Materials 29 Mart 2025 13:31 (UTC +04:00)
Fransa xalqların istismarı siyasətini davam etdirir - Jaklin Defonten
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Fransa keçmiş müstəmləkəçi dövlət və qul ticarəti tarixinə malik ölkə kimi hələ də xalqların istismarı siyasətini davam etdirir.

Trend xəbər verir ki, bunu bu gün Qaradərili Xalqların Beynəlxalq Komitəsinin prezidenti Jaklin Defonten Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Fransa dövləti yerli xalqları öz müqəddəratını təyin etmək hüququndan məhrum edən “xalq” anlayışını “əhali” ilə əvəz edən qanunlar qəbul edir.

"Xalqımız deportasiyaya, məcburi əsarətə və mədəni məhvə məruz qalıb. Biz tarixi ədalətin bərpası üçün mübarizə aparırıq və tələb edirik ki, əcdadlarımız kölə deyil, azadlığından zorla məhrum edilmiş afrikalılar kimi tanınsın. Bu, Fransanın afrikalı kimliyimizi silməyə çalışdığı üçün vacibdir", - Jaklin Defonten bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyəti müasir dövrdə müstəmləkəçilik təcrübələrinin davam etməsini pisləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti