...

Sodik Safoyev TDT güclənməsi üçün nəqliyyat infrastrukturunun inkişafının vacibliyini vurğulayıb

Siyasət Materials 12 Aprel 2025 15:29 (UTC +04:00)
Sodik Safoyev TDT güclənməsi üçün nəqliyyat infrastrukturunun inkişafının vacibliyini vurğulayıb
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Antalya. Trend:

Türk Dövlətləri arasında nəqliyyat infrastrukturunun inkişafı Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsi üçün böyük önəm kəsb edir.

Trend xəbər verir ki, bunu Özbəkistanın Oliy Məclisinin (parlament) sədrinin birinci müavini Sodik Safoyev Antalya Diplomatik Forumunda bildirib.

O vurğulayıb ki, indiki mərhələdə təkcə nəqliyyat infrastrukturunu inkişaf etdirməklə kifayətlənilməməlidir, eyni zamanda, başqa sahələrdə, o cümlədən, kommunikasiya və informasiya texnologiyaları sahələrində qarşılıqlı əlaqəni yaxşılaşdırmaq vacibdir.

S.Safoyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ilkin olaraq ortaq mədəni dəyərlər, baxışlar və prinsiplər əsasında yaradılıb. O, təşkilatın effektiv fəaliyyət sisteminin formalaşdırılmasında tarixi varisliyin roluna da diqqət çəkib.

Onun fikrincə, sürətlə inkişaf edən sənaye inqilabı şəraitində cəmiyyət, iqtisadiyyat və düşüncə sistemində baş verəcək keçidlərə hazır olmaq zəruridir.

S.Safoyev əlavə edib ki, parlament üzvləri nəqliyyat sahəsi də daxil olmaqla, əməkdaşlığın hüquqi bazasının yaradılması prosesində, o cümlədən, milli qanunların uyğunlaşdırılması və razılaşmaların ratifikasiyası istiqamətində daha fəal olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti