...

Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Siyasət Materials 15 Aprel 2025 12:15 (UTC +04:00)
Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti