...

Aİ ilə Azərbaycan arasında Təhlükəsizlik Dialoqunun altıncı iclası keçirilib (FOTO)

Siyasət Materials 23 May 2025 07:58 (UTC +04:00)
Aİ ilə Azərbaycan arasında Təhlükəsizlik Dialoqunun altıncı iclası keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikada Avropa İttifaqı ilə Azərbaycan arasında Təhlükəsizlik Dialoqunun altıncı iclası keçirilib.

Trend xəbər verir ki, Azərbaycanın Belçikadakı və Lüksemburqdakı səfiri, eyni zamanda Aİ yanındakı nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

Görüşə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olaf Skug həmsədrlik ediblər.

Səfirin sözlərinə görə, iclas zamanı tərəflər siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı əhatəli və səmimi fikir mübadiləsi aparıblar.

“Bu dialoq, son aylar ərzində Malta, Bakı, Brüssel və Tiranada keçirilmiş mühüm Aİ-Azərbaycan yüksək səviyyəli görüşlərinin davamı kimi təşkil olunub. Mövcud ikitərəfli, regional və beynəlxalq proseslər mütəmadi və məqsədyönlü fikir mübadiləsini zəruri edir. Bu gün, eyni zamanda, Aİ-nin digər yüksək çinli rəsmiləri və üzv ölkələrin, o cümlədən ev sahibi Belçikanın nümayəndələri ilə də vacib müzakirələr aparılıb”, – deyə səfir Vaqif Sadıqov qeyd edib.

Xəbər lenti

Xəbər lenti