Bakı.Trend:
ABŞ və İran arasında danışıqların beşinci raundu başa çatıb.
Trend xəbər verir ki, danışıqlar üç saat davam edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran Tehranın nüvə proqramı ətrafında fikir ayrılığının nizamlanmasında dair Omanın vasitəçiliyi ilə 4 danışıqlar keçirib. Bunlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.
xxx
16:09
İtaliyanın paytaxtı Roma şəhərində İran və ABŞ arasında nüvə proqramı ilə bağlı məsələnin nizamlanması üzrə danışıqların beşinci raundu start götürüb.
Trend xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Danışıqlarda İranı ölkənin xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfini isə Ağ Ev rəhbəri Donald Trampın Yaxın Şərq üzrə xüsusi səfiri Stiv Uitkoff təmsil edir.
Qeyd edək ki, danışıqlar Omanın vasitəçiliyi ilə həyata keçirilir.