...

“Real” Ançelotti ilə yollarını ayırır

İdman Materials 23 May 2025 14:50 (UTC +04:00)
“Real” Ançelotti ilə yollarını ayırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

İspaniyanın "Real" (Madrid )klubu rəsmi saytında Karlo Ançelottinin komandanın baş məşqçisi postunu tərk etdiyini elan edib.

Trend bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

“Klubumuz “Real”ın və dünya futbolunun ən böyük əfsanələrindən birinə öz təşəkkürünü və sevgisini bildirmək istəyir. Karlo Ançelotti komandamıza 123 illik tariximizin ən uğurlu dövrlərindən birində rəhbərlik edib. <...> Klub ona və ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır”, – məlumatda qeyd olunub.

Bildirilir ki, tərəflər əmək müqaviləsinin ləğvi ilə bağlı qarşılıqlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti