Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının işçilərinə, heç olmasa sədr müavinlərinə və katiblərə diplomatik pasportların verilməsini dəstəkləyirəm.
Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Mərkəzi Seçki Komisssiyası əhəmiyyətli bir qurumdur:
“Onlar üçün hər hansı kiçik bir sosial imtiyaz nəzərdə tutulmayıb. Bizim seçkiləri də keçirən bu qurumdur. Biz görürük ki, onlar seçkilərdə xarici müşahidəçilərin yerləşdirilməsi və digər işlərdə nə qədər əziyyət çəkirlər. Bu quruma münasibətin bu formada olması qəbuledilməzdir. Bunu yalnız görməzdən gəlmək və səbirli bir qurum kimi tanımaq düzgün deyil”.