...

ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlarda ardıcıl siyasət yürütmür - Tehran

Dünya xəbərləri Materials 23 May 2025 16:20 (UTC +04:00)
ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlarda ardıcıl siyasət yürütmür - Tehran
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranla aparılan danışıqlarda ardıcıl siyasət yürütmür və bu, nüvə proqramı ilə bağlı məsələnin nizamlanmasını çətinləşdirir.

Trend xəbər verir ki, belə bir bəyanatla İran XİN rəhbərinin müavini Məcid Taxt-Rəvançi çıxış edib.

“Amerikalıların danışıqlar aparmaq üsulu özünəməxsusdur. Onlar daima öz mövqelərini dəyişirlər. Prezident Tramp hərdən İranla saziş bağlamaq istədiklərini deyir, amma iki gün keçməmiş İrana hədə-qorxu gəlməyə başlayır. Onlara nə lazım olduğunu amerikalılar seçməlidirlər – münaqişə və ya saziş”, - deyə nazir müavini "Der Spiegel" nəşrinə verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, təxminən bir ay yarım əvvəl ABŞ İranın uranı 3,67% səviyyəsində zənginləşdirməsini təklif etmişdi. Lakin sonradan ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff bəyan edib ki, Tehran, ümumiyyətlə, uranı zənginləşdirməkdən imtina etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti