...

Birinci rübdə Azərbaycana yatırılan xarici investisiyaların həcmi AÇIQLANDI

İqtisadiyyat Materials 23 May 2025 12:53 (UTC +04:00)
Birinci rübdə Azərbaycana yatırılan xarici investisiyaların həcmi AÇIQLANDI
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 0.9 milyard manat məbləğində investisiya edilib.

Trend bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 19.4% artıb. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyaların 27.4%-ni təşkil edib.

Rüb ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 98.7%-i Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.

“Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında ənənəvi xarici ticarət tərəfdaşları üstünlük təşkil edir. Xarici investisiya axınlarının davam etməsi ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və qlobal investorlar tərəfindən ölkəyə olan marağı əks etdirir”, - deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti