...

Buraxılış imtahanında olan yazı işlərinin yoxlanılmasında süni intellektdən də istifadə edilir

Cəmiyyət Materials 23 May 2025 12:00 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektdən istifadə artıq bizdə tətbiq olunur.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, buraxılış imtahanında olan yazı işlərinin yoxlanılmasında süni intellektdən də istifadə edilir.

"Hər bir məsələdə süni intellektin daxil edilməsi o qədər də asan deyil.

Bir yazını təkcə insan yoxlayanda, ya da təkcə proqram yoxlayanda hansısa səhvlər ola bilər. Ona görə də biz hər ikisindən istifadə edirik. Proqramla görülən işlərə belə ekspert nəzarəti mütləq olur"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti