Bakı. Trend:
Yelo Bank xidmət dairəsini genişləndirməkdə davam edir. Bu dəfə
Bank paytaxtın Zabrat qəsəbəsində müasir və rəqəmsal konseptli yeni
filialını müştərilərin ixtiyarına verdi. Yelo-nun “Parlaq
bankçılıq” yanaşmasına uyğun dizayn edilmiş filial innovativ xidmət
imkanları və yüksək müştəri rahatlığı ilə fərqlənir.
Yeni filialda bank əməliyyatları rəqəmsal qaydada həyata keçirilir.
Müştərilər burada nağd pul çıxarışı və mədaxili, kredit və kart
sifarişi, biznes əməliyyatları, eləcə də kommunal və digər
ödənişlər daxil olmaqla bir çox xidmətdən sürətli və fasiləsiz
şəkildə yararlana bilirlər.
Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev yeni
filial barədə fikirlərini belə ifadə edib: “Bizim üçün prioritet
məsələ bank xidmətlərini hamı üçün daha əlçatan və rahat etməkdir.
Zabrat filialımız əhalinin gündəlik ehtiyaclarına uyğunlaşdırılmış
şəkildə fəaliyyət göstərəcək. Əminik ki, bu filial yalnız Zabrat
sakinlərinin deyil, ətraf ərazilərdə yaşayanların da bankçılıq
təcrübəsini dəyişəcək. Rəqəmsal konsept isə nağdsız ödəniş
vərdişlərinin artmasına mühüm təsir göstərəcək”.
Yeni filial Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 64 ünvanında
yerləşir. Qeyd edək ki, Bankın ölkə üzrə 22 xidmət mərkəzi ilə
fəaliyyət göstərir. Yelo Bank gələcəkdə də xidmət şəbəkəsini
genişləndirərək daha çox bölgəyə parlaq bankçılıq təcrübəsini
gətirməyi planlaşdırır.
Mikro
kredit online müraciət etmək istəyirsiniz? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank-ın növbəti rəqəmsal filialı Zabratda! (FOTO)

Foto: Yelo Bank