Bakı. Trend:
Gələn ildən Apelyasiya ilə bağlı qaydaları sərtləşdirəcəyik.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Gələn il qəbul qaydalarında şikayətlər əsaslı olmasa biz ona baxmayacağıq.
Yazacağıq ki, biz buna baxmırıq resursumuz gedir. Onda hamı gəlib Apelyasiyaya müraciət etməyəcək. Əksər yerlərdə bu ödənişlidir"- deyə o əlavə edib.