...

İslam İnkişaf Bankı Azərbaycanın 2024-cü il üzrə abunə kapitalı ilə bağlı məlumatları açıqlayıb

İqtisadiyyat Materials 23 May 2025 10:24 (UTC +04:00)
İslam İnkişaf Bankı  Azərbaycanın 2024-cü il üzrə abunə kapitalı ilə  bağlı məlumatları açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam İnkişaf Bankının (IsDB) 2024-cü ilə olan İllik Hesabatına əsasən Azərbaycan bankın 5649 səhminə malikdir və bu 56,49 milyon İslam dinarı (İD) məbləğində abunə kapitalına (subscribed capital) bərabərdir.

Trend xəbər verir ki, həmin məbləğin 14,70 milyon islam dinarını ödənilmiş (tələb olunmuş) kapitalı, 41,79 milyon ID-si isə hələ ödənilməli (tələb olunmalı) kapitalı təşkil edir.

Azərbaycanın payı IsDB-nin ümumi abunə kapitalının 0,10 faizini təşkil edir. Ödənilmiş kapitaldan artıq 7,91 milyon ID ödənilib, 6,79 milyon ID isə hələ ödəniş vaxtı çatmamış məbləğ kimi qeyd olunub. Hesabatda vurğulanır ki, Azərbaycanın heç bir gecikmiş ödənişi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti