...

Azərbaycanda qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı layihəyə başlanılıb

İqtisadiyyat Materials 23 May 2025 11:30 (UTC +04:00)
Azərbaycanda qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı layihəyə başlanılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartların və yerli bazarın tələblərinə uyğunlaşdırılması ilə bağlı genişmiqyaslı layihəyə artıq start verilib.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Tərlan Rəsulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O, əvvəlcə kapital bazarları ilə bağlı stagistik göstəricilərə diqqət çəkib: "Kapital bazarının ticarət dövriyyəsinin ümumi həcmi əvvəlki illə müqayisədə 2024-cü ildə 2,6 dəfə artaraq 72,5 milyard manat təşkil etmişdir. Həmçinin korporativ istiqrazların xüsusi çəkisinin artmasını müşahidə edirik. Məsələn, ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlar bazarında 62% artım müşahidə edilmişdir".

"Mərkəzi Bank olaraq biz hazırda mövcud strategiyanın reallaşdırılması istiqamətində mühüm addımlar atırıq. Bu, ilk növbədə həm potensial emitentlər, həm də investorlar üçün maraq kəsb edəcək törəmə maliyyə alətləri ilə bağlı yeni hüquqi çərçivənin formalaşdırılması istiqamətində əsaslı işləri özündə ehtiva edir. Digər tərəfdən, qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartların və yerli bazarın tələblərinə uyğunlaşdırılması ilə bağlı genişmiqyaslı layihəyə də artıq start verilmişdir", - T. Rəsulov vurğulayıb.

"Bütövlükdə, son 2-3 ildə investorları və emitentləri mərkəzə qoyan yeni paradiqmanın formalaşması fonunda Mərkəzi Bank tərəfindən kapital bazarlarının inkişaf istiqamətində atılan bu strateji addımlar bu bazarı keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Nəticədə, Azərbaycan bu, Azərbaycanın iqtisadi dayanıqlığına mühüm töhfə verəcək. Mərkəzi Bank olaraq bu istiqamətdə səylərimizi maksimum səfərbər edəcəyik", - T. Rəsulov qeyd edib.

Xəbər lenti

Xəbər lenti