...

Dövlət borcu üzrə hesabatlılığı təmin edən elektron modul təqdim olunub

İqtisadiyyat Materials 23 May 2025 18:00 (UTC +04:00)
Dövlət borcu üzrə hesabatlılığı təmin edən elektron modul təqdim olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 23-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə Məlumatlarının İdarəetmə Sistemində (BMİS) dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun təqdimatı keçirilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə isitnadən xəbər verir.

Bildirilib ki, yeni modulun əsas məqsədi kredit sazişləri çərçivəsində kredit vəsaitlərindən istifadə üzrə layihə idarəetmə qrupları, icraçı qurumlar və əsas borcalanlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə təqdim olunan hesabatları elektronlaşdırmaq, prosesin səmərəliliyini artırmaq və məlumat dövriyyəsini avtomatlaşdırmaqdır.

Həmçinin, qeyd olunub ki, adıçəkilən modulun tətbiqi ilə hesabatların toplanması və emal proseslərinin operativliyi artırılacaq, vaxt itkisinin qarşısı alınacaq, məlumatların təhlükəsizliyi və etibarlılığı təmin ediləcək.

13 dövlət qurumunun nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, BMİS-də dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun istifadəyə verilməsi Maliyyə Nazirliyi tərəfindən rəqəmsal idarəetmənin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində aparılan ardıcıl, məqsədyönlü və institusional islahatların tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti