...

Ermənistan dağ-mədən sənayesi ilə bağlı xəritənin elektron formatı 3 dildə mövcuddur - Amin Məmmədov

Cəmiyyət Materials 23 May 2025 16:14 (UTC +04:00)
Ermənistan dağ-mədən sənayesi ilə bağlı xəritənin elektron formatı 3 dildə mövcuddur - Amin Məmmədov
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetində (BDU) "Environmental Protection First" koalisiyasının hazırladığı Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin ətraf mühitə mənfi təsirlərini əks etdirən interaktiv xəritənin təqdimatı keçirilib.

Mövzu ilə bağlı Trend-ə danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov bildirib ki, 2023-cü ilin avqustunda Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən “Environmental Protection First” koalisiyası təsis olunub:

“Koalisiyanın yaradılmasının əsas səbəbi Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası ilə şərti sərhədə yaxın tarixi torpağımız olan Arazdəyən ərazisində metallurgiya zavodunun tikintisinə dair məlumatın yayılması ilə bağlı idi. Bu məsələdə biz qeyri-hökumət təşkilatları olaraq etiraz bəyanatı səsləndirdik. Həmçinin, Ermənistan baş naziri Nikol Paşinyana açıq məktub ünvanlandı. Məktubda tələb edilirdi ki, fabrikin tikintisi planlaşdırılırsa, beynəlxalq Espo Konvensiyasına əsasən, Ermənistan Azərbaycan hökumətinə və cəmiyyətinə ətraf mühitin təsirin qiymətləndirilməsi hesabatlarını təqdim etməli və ərazidə monitorinq keçirilməsinə şərait yaratmalıdır".

“Environmental Protection First” Koalisiyasının üzvlərindən biri olan "Azərbaycan Kartoqrafları" Ermənistanın dağ-mədən sənayesi xəritəsini tərtib edib:

“Bu xəritə əvvəlcə 2024-cü ildə kağız formatda Azərbaycan, ingilis və erməni dilində tərtib olundu. Sonra isə bu ilin əvvəlində xəritənin elektron formatı hazırlandı. Həmçinin, bu xəritə də hər üç dildə internetdə mövcuddur. Bu gün Bakı Dövlət Universitetində bir neçə fakültənin tələbələri ilə bu xəritənin təqdimatı keçirildi. Həmçinin, müəllim və tələbə heyətinin sualları cavablandırıldı”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti