Bakı. Trend:
Ötən ilin dekabrın 31-nə Azərbaycanda dövriyyədə olan kağız və metal pulların həcmi 17,449 milyard manat olub.
Trend bu barədə AMB-ə istinadən xəbər verir.
Məlumata görə, dövriyyədə olan kağız və metal pulların həcmi son bir ildə 131 milyon manat və ya 0,8% artıb.
Belə ki, 2023-cü ilin dekabrın 31-nə Azərbaycanda dövriyyədə olan kağız və metal pulların həcmi 17,318 milyard manat idi.