...

ABŞ məhkəməsi Trampın fərmanını bloklayıb

Dünya xəbərləri Materials 23 May 2025 13:40 (UTC +04:00)
ABŞ məhkəməsi Trampın fərmanını bloklayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Massaçusets məhkəməsi prezident Donald Trampın təhsil nazirliyinin yenidən təşkil olunması ilə bağlı fərmanını bloklayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hakim Cun Myon Cinin çıxardığı qərara əsasən, eyni zamanda hökumətdən ixtisar olunmuş 1300 işçinin hər birinin əvvəlki vəzifələrinə qaytarılması tələb olunur.

O vurğulayıb ki, Trampın fərmanı əhalinin həssas qruplarının təhsilə çıxış imkanlarının məhdudlaşdırılması ilə hədələyir. Qeyd edilib ki, nazirlikdə ştatın azaldılması onun fəaliyyətini iflic vəziyyətinə salır və bu, fərmanın yalnız guya struktur islahatı məqsədi daşıdığı barədəki müddəanın yalan olduğunu sübut edir.

Ağ Ev məhkəmənin qərarını səlahiyyətlərin aşılması kimi qiymətləndirib və bildirib ki, Trampın fərmanının məqsədi nazirliyin bağlanması deyil, onun səmərəliliyinin artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti