...

Bu il təhsil müəssisələrinə qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb

Cəmiyyət Materials 23 May 2025 11:17 (UTC +04:00)
Bu il təhsil müəssisələrinə qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var.

"Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib", - o əlavə edib.

DİM sədri 2024-cü il ilə müqayisədə 2025-ci ildə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı12138 nəfər artım olub. Buraxılış imtahanlarında isə 11710 nəfər artım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti