Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərinin illik könüllü tibbi və fərdi qəza sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Trend-in əldə etdiyi məlumata görə, agentlikdə bununla bağlı müvafiq işlər yekunlaşdırılıb.
Belə ki, agentlik ümumilikdə 3 285 işçisini sığortalamağı hədəfləyib.
Bunun müqabilində ANAMA 1,806 milyon manatın sərf ediləcəyini proqnozlaşdırıb.
Hazırda ANAMA işçilərini qeyd olunan sığorta növləri üzrə sığortalayacaq şirkət axtarışındadır.