...

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

Siyasət Materials 23 May 2025 17:44 (UTC +04:00)
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta öz “X” səhifəsində məlumat yayıb.

Koşta Avropa Siyasi Birliyi sammitinin qarşıdakı illərə nəzərdə tutulan təqvimini bölüşüb.

“Tiranadakı uğurlu zirvə toplantısından sonra, Avropa Siyasi Birliyi yenidən 2025-ci ilin oktyabr ayında Kopenhagendə bir araya gələcək. ASB liderlər səviyyəsində Pan-Avropa siyasi dialoqu üçün zəruri bir foruma çevrilib”, - deyə Koşta qeyd edib.

Onun bildirdiyinə görə, 2026-cı ildə Zirvə toplantısı İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti