...

Fransada 2030-cu il Qış Olimpiadasına qarşı məhkəmə iddiaları qaldırılıb

İdman Materials 24 May 2025 00:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Alp dağlarında keçirilməsi planlaşdırılan 2030-cu il Qış Olimpiya Oyunlarının ləğvi tələbi ilə bir neçə məhkəmə iddiası qaldırılıb.

Trend xəbər verir ki, Alp regionunda Olimpiya Oyunlarına qarşı iki iddia irəli sürülüb. Bu təşəbbüsə "JOP 2030" vətəndaş qrupu, yerli seçilmiş nümayəndələr və ətraf mühitin mühafizəsi üzrə bir sıra assosiasiyalar rəhbərlik edir.

İddiaçı tərəf Lionun inzibati məhkəməsinə müraciət edib. Onlar Briansonda inşa olunacaq Olimpiya kəndinin və Nitsada planlaşdırılan buz meydançasının tikintisi ilə bağlı Olimpiya müqaviləsinin dayandırılmasını tələb edirlər.

Etirazçılar bildirirlər ki, hazırlıq prosesində ətraf mühitə mümkün ziyan, habelə layihənin maliyyə baxımından əsassız dərəcədə baha başa gəlməsi ciddi narahatlıq doğurur.

Xəbər lenti

Xəbər lenti