Bakı. Trend:
İtaliya A Seriyasında 2024/2025 mövsümünün çempionu “Napoli” komandası olub.
Trend xəbər verir ki, 38-ci – son turda qızıl medallar uğrunda mübarizə aparan “Napoli” və “İnter” eyni vaxtda meydana çıxıblar.
Lider “Napoli” doğma meydanda “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib. Eyni hesabla səfərdə “Komo”ya qalib gələn “İnter” isə neapolluları bir xal geridə tamamlayıb.
Bu nəticə ilə “Napoli” klub tarixində 4-cü dəfə A Seriyasının qalibi olub. Komanda bundan əvvəl 1986/1987, 1989/1990 və 2022/2023 mövsümlərində də çempionluq sevinci yaşayıb.
Beləliklə, “Napoli” iki illik fasilədən sonra yenidən ölkə birinciliyini zirvədə tamamlayaraq azarkeşlərini sevindirib.
22:45. "Komo" - "İnter" - 0:2
22:45. "Napoli" - "Kalyari" - 2:0
